Menyu

Azərbaycan mina təhlükələri haqqında qlobal məlumatlılığın artırılmasına töhfə verəcək

Azərbaycan mina təhlükələri haqqında qlobal məlumatlılığın artırılmasına töhfə verəcək

Azərbaycanın Ampute Futbol Komandası əsasən mina partlayışı qurbanlarından ibarətdir və ümid edir ki, onlar tezliklə Dünya Amputeiya Futbol Çempionatında iştirak edəcəklər.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"də paylaşım edib.

“Azərbaycan Ermənistanın 30 ildir davam edən işğalı nəticəsində minalarla dünyanın ən çox çirklənmiş ölkələri sırasındadır. Ümid edirəm ki, güclü futbolla və sportforpeace konsepsiyası çərçivəsində Azərbaycanın Ampute Futbol Komandası "ölüm toxumları" - minaların təhlükələri haqqında qlobal məlumatlılığın artırılmasına töhfə verəcək!”, - paylaşımda qeyd olunub. 

Teqlər:

"Az\u0259rbaycan mina t\u0259hl\u00fck\u0259l\u0259ri haqq\u0131nda qlobal m\u0259lumatl\u0131l\u0131\u011f\u0131n art\u0131r\u0131lmas\u0131na t\u00f6hf\u0259 ver\u0259c\u0259k"

Əlaqəli Xəbərlər