Ukrayna müdafiə naziri ABŞ müdafiə nazirini son vəziyyətlə bağlı məlumatlandırıb
Əziz Əzizli
ABŞ müdafiə naziri Lloyd Ostin və Ukrayna müdafə naziri Rüstəm Umerov arasında telefon danışığı olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin "X" hesabında məlumat verilib:
"Amerikalı həmkarımı döyüş meydanındakı vəziyyətlə bağlı məlumatlandırdım. Ukraynanı ATACMS-la təmin etdiyi üçün ABŞ rəhbərliyinə və müdafiə naziri Ostinə təşəkkür etdim".
Ukraynalı nazir əlavə edib ki, bu silahın verilməsi döyüş meydanında fərq yaradır.