Menyu

Qahirədə 30-dan çox dövlətin iştirak etdiyi sülh sammiti başladı

Qahirədə 30-dan çox dövlətin iştirak etdiyi sülh sammiti başladı

Misirin paytaxtı Qahirədə 30-dan çox dövlətin, bir sıra beynəlxalq və regional təşkilatların iştirakı ilə Fələstin-İsrail məsələsi üzrə keçirilən beynəlxalq sülh sammiti işə başlayıb.

"Operativ Media" xəbər verir ki, tədbiri Misir prezidenti Əbülfəttah Əs-Sisi açıb.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1400-ü keçib, 3000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Əlaqəli Xəbərlər