Menyu

Ermənistan İranda “3+3” formatında keçiriləcək görüşə dəvət alıb

Ermənistan İranda “3+3” formatında keçiriləcək görüşə dəvət alıb

Hökumət Tehranda Ermənistan və Azərbaycan xarici işlər nazirləri səviyyəsində “3+3” formatında görüşün mümkünlüyünü nəzərdən keçirir.

"Operativ Media" xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan brifinq zamanı bildirib.

Nazir müavini qeyd edib ki, Ermənistan İrandan dəvət alıb və hazırda bu məsələni iranlı həmkarları ilə müzakirə edir:

“Nazirlər səviyyəsində dəvət daxil olub və Ermənistan, Azərbaycan, Gürcüstanın Xarici İşlər Nazirliklərinə göndərilib”.

Kostanyan əlavə edib ki, “3+3” formatı həm də Türkiyə, İran və Rusiya nümayəndələrinin iştirakını nəzərdə tutur.

Qeyd edək ki, İranda planlaşdırılan 3+3 formatında (Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan, Gürcüstan) xarici işlər nazirləri səviyyəsində görüşdə iştiraka Ermənistan da razılıq verib.

Bu, bir daha onu göstərir ki, Ermənistan üçün eyni vaxtda 3-4 stulda oturmaq ənənə halını alır. Onu da xatırladaq ki, "3+3" formatının təşəbbüskarı Prezident İlham Əliyevdir.

Teqlər:

"Erm\u0259nistan \u0130randa \u201c3+3\u201d format\u0131nda ke\u00e7iril\u0259c\u0259k g\u00f6r\u00fc\u015f\u0259 d\u0259v\u0259t al\u0131b"

Əlaqəli Xəbərlər