Menyu

Türkiyə hərbi gəmiləri hava hücumundan müdafiə raketləri ilə təchiz ediləcək

Türkiyə hərbi gəmiləri hava hücumundan müdafiə raketləri ilə təchiz ediləcək

Türkiyə hərbi gəmiləri 100 kilometr mənzilli hava hücumundan müdafiə raketləri ilə təchiz ediləcək.

"Operativ Media" xəbər verir ki, Türkiyənin ROKETSAN şirkətinin istehsal etdiyi Milli Şaquli Lançer Sisteminin (MİDLAS) inteqrasiyası tamamlanıb.

Qeyd edək ki, Türkiyənin ROKETSAN şirkətinin istehsal etdiyi MİDLAS sistemi döyüş gəmilərindən və sualtı qayıqlardan şaquli olaraq buraxıla bilən raket atma sistemidir. MİDLAS sisteminin ilk atış sınağı 2022-ci ildə həyata keçirilib.

2023-cü ilin iyun ayında isə MİDLAS ilk dəfə TCG İstanbul gəmisində nümayiş etdirilib.

 

Əlaqəli Xəbərlər