Menyu

Bakıda MDB ölkələrinin Dövlətlərarası Hökumət Rabitəsi üzrə Koordinasiya Şurasının iclası keçirilib

Nərmin Qocamanlı
Bakıda MDB ölkələrinin Dövlətlərarası Hökumət Rabitəsi üzrə Koordinasiya Şurasının iclası keçirilib

Cari ilin 17 oktyabr tarixində Müstəqil Dövlətlər Birliyinin iştirakçı ölkələrinin Dövlətlərarası Hökumət Rabitəsi üzrə Koordinasiya Şurasının 30-cu iclası Bakışəhərində keçirilmişdir.

"Operativ Media" xəbər verir ki, iclasda MDB üzv dövlətlərininxüsusi xidmət orqanlarının şifrələmə və qapalı rabitə xidmətləri üzrə nümayəndə heyətləri iştirak etmişlər. 30-cu iclas Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin sədrliyi ilə həyata keçirilmişdir.

Tədbir iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin  məzarını ziyarət etmiş, önünə əklil və gül dəstələri qoymuşlar.

Daha sonra, tədbir iştirakçıları qarşısında açılış nitqi ilə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev çıxış etmişdir. İ. MusayevAzərbaycan Respublikasının rəhbərliyi adından iclas iştirakçılarını salamlamış, onlara uğurlar arzu etmişdir.

İclas iştirakçıları hökumət, qapalı və xüsusi rabitə sistemləri, eləcə də şifrələmə vasitələri üzrə əldə edilmiş təcrübə, elmi-texniki nailiyyətlərin tətbiqi, dövlətlərarası əməkdaşlığın genişləndirilməsi, müvafiq ixtisaslı kadrların hazırlanması və digər məsələləri müzakirə etmişlər. 

Koordinasiya Şurasının 30-cu iclası zamanı səsvermə əsasında sözügedən Şuranın sədrinin müavini və aparatının sədri seçilmiş, iclasın yekunlarına dair protokol imzalanmışdır.

 

Teqlər:

"Bak\u0131da\u00a0MDB \u00f6lk\u0259l\u0259rinin D\u00f6vl\u0259tl\u0259raras\u0131 H\u00f6kum\u0259t Rabit\u0259si \u00fczr\u0259 Koordinasiya \u015euras\u0131n\u0131n iclas\u0131 ke\u00e7irilib"

Fotogalereya

Əlaqəli Xəbərlər