Menyu

Azərbaycan Ermənistanın başqa ölkələrə qarşı ərazi iddialarına da son qoydu - ŞƏRH

Redaksiya
Azərbaycan Ermənistanın başqa ölkələrə qarşı ərazi iddialarına da son qoydu - ŞƏRH

“Ermənilər uzun illərdir "dənizdən dənizə Ermənistan" xəyalları qururdu. Onlar bu sərsəm ideyanı qonşu dövlətlərin topraqlarına iddia edərək gerçəkləşdirməyə çalışırdılar. Azərbaycan bu iddialara son qoydu"

Bu sözləri “Operativ Media”ya açıqlamasında Politoloq Telman Qasımov bildirib.

"Bu hərəkatın iddialarında Türkiyə əraziləri də var. Onlar hətta Gürcüstanın bəzi yerlərinə də iddialdırlar. Onlar bu əraziləri dırnaqarası böyük Ermənistanın tərkib hissəsi  kimi görürlər. Cənab Prezident regionda olan həmin o dövlətləri də hesab edək ki, bu mikroblardan təmizlədi”.

Telman Qasımovun sözlərinə görə, qondarma dövlət kimi onun qondarma bayrağı da yerin dibinə gömüldü. Dövlət başçısı göstərdi ki, Azərbaycan ərazilərində saxta bayrağın yeri ancaq ayaq altında ola bilər. Telman Qasımov qeyd edib ki, tarixi torpaqlarımızda ermənilərin dövlət qurmaq arzusu puç oldu.

“Xankəndidə onların qondarma əski parçası, qeyri-qanuni atributları düzəltmişdilər. Hamısı tarixin zibilliyinə getdi. Bu çoxlarına dərs olmalıdır. Kimsə Azərbaycanın ərazi bütövlüyünə iddia edərsə, təhdid göstərsə, hansısa təhlükəni yaradarsa, onların taleyi Xankəndidəki olan vəziyyətə düşəcəklər. Separatizmi dəstəkləyənlərə ən yaxşı cavab Xankəndidə dalğalanan Azərbaycan bayrağıdır”.

Teqlər:

"Az\u0259rbaycan Erm\u0259nistan\u0131n ba\u015fqa \u00f6lk\u0259l\u0259r\u0259 qar\u015f\u0131 \u0259razi iddialar\u0131na da son qoydu - \u015e\u018fRH"

Əlaqəli Xəbərlər