Menyu

Dövlət başçısı: "Biz bu gün Xankəndinin mərkəzindəyik, Azərbaycan Bayrağı altında, bu, tarixi hadisədir"

Dövlət başçısı: "Biz bu gün Xankəndinin mərkəzindəyik, Azərbaycan Bayrağı altında, bu, tarixi hadisədir"

Bu gün vaxtilə - hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır. Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm.

"Operativ Media" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıqdan sonra çıxış edərkən söyləyib.

Dövlətimizin başçısı deyib: “İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq”.

Teqlər:

"D\u00f6vl\u0259t ba\u015f\u00e7\u0131s\u0131: \"Biz bu g\u00fcn Xank\u0259ndinin m\u0259rk\u0259zind\u0259yik Az\u0259rbaycan Bayra\u011f\u0131 alt\u0131nda bu tarixi hadis\u0259dir\""

Əlaqəli Xəbərlər