İsrailin Almaniyadakı səfiri: HƏMAS-ın hücumu Yaxın Şərqdə “dönüş nöqtəsi”dir
HƏMAS-ın hücumu təkcə İsraildə deyil, həm də Yaxın Şərqdə “dönüş nöqtəsi”dir.
İqtisadiyyat.az xəbər verir ki, bunu İsrailin Almaniyadakı səfiri Ron Prozor deyib.
Onun sözlərinə görə, hazırda İsrail HƏMAS-ın infrastrukturunu məhv etməyə yönəlib.
"Mənim nöqteyi-nəzərimdən aydın oldu ki, HƏMAS-ın terror hücumu hər şeyi dəyişir. Bu, bizim və qonşularımızın həyatında dönüş nöqtəsidir və ümid edirəm ki, bu dönüş Avropa və Qərb demokratiyalarında da baş verəcək", - Prozor "Deutschlandfunk" radiostansiyasına müsahibəsində bildirib.