Ana səhifə / Dünya / HƏMAS-ın İsrailə hücumunda həlak olan Fransa vətəndaşlarının sayı 15-ə çatıb HƏMAS-ın İsrailə hücumunda həlak olan Fransa vətəndaşlarının sayı 15-ə çatıb 13.10.2023, 22:57 HƏMAS yaraqlılarının İsrailə hücumu zamanı həlak olan Fransa vətəndaşlarının sayı 15-ə çatıb. "Operativ Media" xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Ketrin Kolonna "France 5" telekanalının efirində bildirib. "Sizə bildirməliyəm ki, 15 həmvətənimiz İsraildə həyatını itirib. Onlar terrorçular tərəfindən öldürülüb", - Kolonna deyib. Onun sözlərinə görə, bir neçə Fransa vətəndaşı itkin düşənlər siyahısındadır: "Bəziləri girov saxlanıla bilər". Qeyd edək ki, Fransa İsraili tərk etmək istəyən vətəndaşlarını təxliyə etməyə başlayıb. Onları daşıyan ilk təyyarə cümə axşamı Parisə eniş edib.