Şolts: Almaniya HƏMAS hərəkatının ölkədəki fəaliyyətini qadağan edəcək
Nərmin Qocamanlı
“Daxili İşlər Nazirliyi HƏMAS-ın Almaniyada fəaliyyətinə qadağa qoyacaq”.
"Operativ Media" xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Bundestaqın plenar iclasında bildirib.
O, qeyd edib ki, Almaniya Daxili İşlər Nazirliyi Fələstinin HƏMAS hərəkatı və Fələstin tərəfdarı etiraz aksiyaları təşkil edən Samidun təşkilatının Almaniyada fəaliyyətini qadağan edəcək