KİV: Almaniya İsrailə iki İsrail istehsalı olan PUA verəcək
Almaniya İsrail istehsalı olan iki Heron pilotsuz uçuş aparatı (PUA) göndərməklə İsrailə dəstək verəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, İsrail həftə sonu Almaniyaya müvafiq sorğu göndərib. Məqalədə deyilir ki, oktyabrın 11-də müdafiə naziri Boris Pistorius təchizata icazə verib.
Bu məsələ ilə bağlı heç bir rəsmi məlumat dərc olunmayıb.