Menyu

Livan-İsrail sərhədində yenidən qarşılıqlı hücumlar başlayıb

Livan-İsrail sərhədində yenidən qarşılıqlı hücumlar başlayıb

Livanın cənubundan İsrailə doğru raket atıldığı, İsrailin də artilleriya atəşi ilə cavab verdiyi bildirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Livan mediasında məlumatlar yayılıb. 

Məlumata görə, ölkənin cənubundakı Kleyli bölgəsindən İsrailə doğru ən azı 6 raket atılıb.

Hücumu təsdiqləyən İsrail ordusu Livandakı hədəflərin artilleriya atəşi ilə vurulduğunu və ətraflı məlumatın daha sonra paylaşılacağını açıqlayıb.

Hər iki tərəfdən mümkün insan itkisi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Qeyd edək ki, oktyabrın 8-dən İsrail-Livan sərhədində qarşılıqlı hücumlar davam edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər