Menyu

Azay Quliyev Polşada parlament seçkilərini müşahidə edəcək

Azay Quliyev Polşada parlament seçkilərini müşahidə edəcək

Milli Məclisin deputatı, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev Polşa Respublikasında keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün oktyabrın 11-də Varşavaya səfər edəcək.

Bu barədə "Operativ Media"ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Deputat oktyabrın 15-də keçiriləcək seçkiləri ATƏT Parlament Assambleyasının xətti ilə izləyəcək. O, müşahidə missiyasının tərkibində bir sıra məntəqələrdə seçkilərə hazırlıqla yaxından tanış olacaq, prosesin gedişini və seçicilərin fəallığını izləyəcək.

Səfər oktyabrın 16-da başa çatacaq.

Teqlər:

"Azay Quliyev Pol\u015fada parlament se\u00e7kil\u0259rini m\u00fc\u015fahid\u0259 ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər