Menyu

İƏT-nın yüksək səviyyəli rəsmilərinin iclası keçirilib

Nərmin Qocamanlı
İƏT-nın yüksək səviyyəli rəsmilərinin iclası keçirilib

9 oktyabr 2023-cü il tarixində, Azərbaycan Respublikasının sədrliyi altında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərinin yüksək səviyyəli rəsmilərinin görüşü keçirilib.  

XİN-dən "Operativ Media"ya verilən məlumata görə, görüş Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin sədrliyi altında baş tutub. 

Görüş zamanı, 10 oktyabr 2023-cü il tarixində Şuşa şəhərində keçiriləcək İƏT-in xarici işlər nazirləri şurasının 27-ci iclasına hazırlıq və təşkilatçılıq məsələləri, habelə tədbirin gündəliyində duran sənədlər müzakirə olunub.

Fotogalereya

Əlaqəli Xəbərlər