İsrail ordusu HƏMAS-ın Qəzza zolağındakı hədəflərinə intensiv aviazərbələr endirib
İsrail qırıcıları Qəzza zolağında HƏMAS qruplaşmasının hədəflərinə intensiv zərbələr endirib.
"Operativ Media" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"İsrail ordusunun döyüşçüləri bir müddət əvvəl Qəzza zolağında Beyt Hanun təhlükəsizlik səddinə yaxın ərazilərdə HƏMAS terror təşkilatının İsrailə qarşı hücumlar təşkil etmək üçün istifadə etdiyi hədəflərə intensiv hava zərbələri endiriblər", - deyə məlumatda bildirilir.
Məlumata görə, zərbələrdə İsrail Hərbi Hava Qüvvələrinə məxsus onlarla təyyarə iştirak edib: "İsrail Müdafiə Qüvvələri terror təşkilatı HƏMAS-a qarşı fəaliyyətini davam etdirəcək".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net