Menyu

İran və Türkiyənin xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər

İran və Türkiyənin xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranlı həmkarı Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı olub. 

"Operativ Media" xəbər verir ki, tərəflər son günlər İsrail-Fələstin xəttində davam edən gərginliyi müzakirə ediblər. 

"Fələstinin müqavimət aksiyası kortəbii bir hərəkətdir və İsrailin Fələstinə qarşı davam edən cinayətlərinin nəticəsidir", - Abdullahiyan qeyd edib.

Bundan əvvəl İran Fələstinin Həmas qruplaşmasının İsrailə qarşı hərəkətlərini dəstəklədiyini bildirib.

Öz növbəsində Hakan Fidan İsrail və Fələstində baş verən zorakılıq və gərginlikdən dərin narahat olduqlarını bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər