Menyu

74-cü Beynəlxalq Astronavtika Konqresi sosial mediada trend olub

Nərmin Qocamanlı
74-cü Beynəlxalq Astronavtika Konqresi sosial mediada trend olub

Azərbaycanın ev sahibliyi etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresi dünya ictimaiyyətinin diqqətindədir.

"Operativ Media" xəbər verir ki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

ABŞ-ın sosial şəbəkə monitorinqi və təhlili üzrə aparıcı proqramı “Talkwaker”in hesablamasına əsasən, tədbir #IAC2023 həştəqi ilə sosial media platformalarında trendə çevrilib.

Konqres, həmçinin sosial şəbəkədə “top tədbirlər” siyahısına liderlik edir.

Xatırladaq ki, oktyabrın 2-də Azərbaycanda 74-cü Beynəlxalq Astronavtika Konqresi işə başlayıb. Bu nüfuzlu tədbirə Bakı ilk dəfə Ulu Öndər Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi dövründə – 1973-cü ildə ev sahibliyi edib. 50 ildən sonra konqres yenidən Azərbaycanda keçirilir.

136 ölkədən 5300-dən çox nümayəndənin iştirak etdiyi beynəlxalq tədbir oktyabrın 6-dək davam edəcək.

Teqlər:

"74-c\u00fc Beyn\u0259lxalq Astronavtika Konqresi sosial mediada trend olub"

Əlaqəli Xəbərlər