Menyu

Azərbaycan Prezidenti: Bu gün Cənubi Qafqazda sülh dövrünə qədəm qoya bilərik

Nərmin Qocamanlı
Azərbaycan Prezidenti: Bu gün Cənubi Qafqazda sülh dövrünə qədəm qoya bilərik

Bizim ərazi bütövlüyümüzü bərpa etmə təcrübəsi çox misilsiz və unikal bir hadisədir. Biz münaqişəyə son qoyduq. O münaqişənin həll edilməsi nəticəsində biz ləyaqətimizi qoruduq, beynəlxalq hüququ bərpa etdik.

"Operativ Media" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında bildirib.

“Bu gün Cənubi Qafqazda sülh dövrünə qədəm qoya bilərik. Bu, bizim fikrimizdir. Əməkdaşlıq, birgə mənfəət götürülməsi, qarşılıqlı fayda – bu gün biz bunların hamısını nümayiş etdiririk”, - deyə dövlətimizin başçısı əlavə edib.

Teqlər:

"Az\u0259rbaycan Prezidenti: Bu g\u00fcn C\u0259nubi Qafqazda s\u00fclh d\u00f6vr\u00fcn\u0259 q\u0259d\u0259m qoya bil\u0259rik"

Əlaqəli Xəbərlər