Menyu

Baş prokuror: "Ermənistan nə mina xəritələri, nə də məzarlıqlarla bağlı xəritələr barədə dəqiq məlumat verir”

Baş prokuror: "Ermənistan nə mina xəritələri, nə də məzarlıqlarla bağlı xəritələr barədə dəqiq məlumat verir”

“Təəssüf ki, Ermənistan tərəf bizə nə mina xəritələri, nə də məzarlıqlarla bağlı xəritələr barədə dəqiq məlumat verir”.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, işğaldan azad edilən ərazilərdə aşkarlanan kütləvi məzarlıqlar bağlı Azərbaycan tərəfindən və beynəlxalq təşkilatlarla əməkdaşlıq edilib.

Ərazilər azad edildikcə məzarlıqların tapılması işləri daha da sürətləndirilir: “Təəssüf ki, Ermənistan tərəf bizə nə mina xəritələri, nə də məzarlıqlarla bağlı xəritələr barədə dəqiq məlumat verir. Verilən məlumatlar həqiqəti əks etdirmir. Dəfələrlə bu məsələ müzakirə olunub.

Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərin müəyyən edilməsi, qohumlarına qaytarılması və dəfn prosesi sürətlənib. Ermənistan tərəf bu məsələdə bizimlə əməkdaşlıq etməsə də, zamanla bu prosesi davam etdiririk".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər