Menyu

Baş Prokurorluğun əməkdaşları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Baş Prokurorluğun əməkdaşları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Azərbaycan Baş Prokurorluğunun əməkdaşları 1 oktyabr – prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə əklil qoyublar.

"Operativ Media" xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Baş prokuror Kamran Əliyev və prokurorluq əməkdaşları daha sonra Şəhidlər Xiyabanına gəlib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda canlarından keçən qəhramanları yad ediblər, "Əbədi Məşəl" abidəsinin öünüə əklil qoyublar.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamına əsasən, hər il bu tarix prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilir.

Teqlər:

"Ba\u015f Prokurorlu\u011fun \u0259m\u0259kda\u015flar\u0131 \u00dcmummilli Lider Heyd\u0259r \u018fliyevin m\u0259zar\u0131n\u0131 ziyar\u0259t edibl\u0259r"

Əlaqəli Xəbərlər