Menyu

Düşənbədə Baş nazir Əli Əsədov Tacikistanın Baş naziri Koxir Rasulzoda ilə görüşüb

Nərmin Qocamanlı
Düşənbədə Baş nazir Əli Əsədov Tacikistanın Baş naziri  Koxir Rasulzoda ilə görüşüb

Sentyabrın 29-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Düşənbəyə işgüzar səfəri çərçivəsində Tacikistan Respublikasının Baş naziri Koxir Rasulzoda ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb .

Əli Əsədov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin Tacikistanda yüksək səviyyədə keçirilməsinə görə bu ölkənin hökumətinə təşəkkürünü bildirib.

Tərəflər yüksək səviyyəli səfər və görüşlərin Azərbaycan ilə Tacikistan arasında dövlətlərarası əlaqələrin möhkəmlənməsində əhəmiyyətini qeyd ediblər. 

Bu kontekstdə Azərbaycan Prezidentinin bu ilin aprelində Tacikistana dövlət səfərinin əhəmiyyəti qeyd olunub.

İki ölkə arasında iqtisadiyyatın konkret sahələri üzrə əməkdaşlığın hazırkı səviyyəsi və inkişaf perspektivləri nəzərdən keçirilib.

Teqlər:

"D\u00fc\u015f\u0259nb\u0259d\u0259 Ba\u015f nazir \u018fli \u018fs\u0259dov Tacikistan\u0131n Ba\u015f naziri Koxir Rasulzoda il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb"

Əlaqəli Xəbərlər