Menyu

Zəngilan şəhərində 160 yerlik uşaq bağçasının təməli qoyulub

Zəngilan şəhərində 160 yerlik uşaq bağçasının təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhərində 160 yerlik uşaq bağçasının təməlini qoyub.

"Operativ Media" xəbər verir ki, dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verilib.

Bildirilib ki, uşaq bağçası bir hektar ərazidə inşa olunacaq. Məktəbəqədər təhsil müəssisəsinin ikimərtəbəli binasında qrup, inzibati, texniki və tibb otaqları, idman və musiqi zalları, mətbəx, camaşırxana yaradılacaq. Burada uşaqların rahatlığı, ilkin biliklərə yiyələnmələri və əylənmələri üçün hər cür şərait təmin ediləcək.

Bağçanın həyətində oyun meydançaları salınacaq, avtodayanacaq və digər zəruri infrastruktur yaradılacaq.

Prezident İlham Əliyev uşaq bağçasının təməlini qoyub.

Teqlər:

"Z\u0259ngilan \u015f\u0259h\u0259rind\u0259 160 yerlik u\u015faq ba\u011f\u00e7as\u0131n\u0131n t\u0259m\u0259li qoyulub"

Əlaqəli Xəbərlər