Menyu

Elçin Əmirbəyov: “Azərbaycanın antiterror tədbirləri yalnız legitim hərbi hədəflərə qarşı olub”

Elçin Əmirbəyov: “Azərbaycanın antiterror tədbirləri yalnız legitim hərbi hədəflərə qarşı olub”

Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi lokal antiterror tədbirləri yalnız erməni silahlı birləşmələrinin legitim hərbi hədəflərinə qarşı olub.

“Operativ Media” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “BBC News”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu hadisələr zamanı Qarabağın mülkü əhalisi arasında itkilərin olmaması üçün bütün səylər göstərilib.

“Əməliyyat ildırım sürəti ilə həyata keçirilib, bir sutkadan az davam edib. Tədbirlər Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazisindəki legitim hərbi hədəflərinə qarşı olub”, - E.Əmirbəyov deyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər