Türkiyə və Özbəkistan XİN başçları arasında görüş olub
Nərmin Qocamanlı
Türkiyənin xarici işlər naziri Hakan Fidan özbəkistanlı həmkarı Bəhtiyor Saidov ilə birlikdə Ankarada keçirilən Türkiyə-Özbəkistan Birgə Strateji Planlaşdırma Qrupu III toplantısında iştirak edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Görüşdə Özbəkistanla Türkiyə arasında keçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının hazırlıqları və gündəliyi, qarşılıqlı investisiyaları artırmaq və 5 milyard dollarlıq ticarət həcmi hədəfinə çatmaq üçün səylər, enerji, nəqliyyat, turizm, müqavilə, təhsil, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq, regional və beynəlxalq hadisələr, xüsusilə Türk Dövlətləri Təşkilatı və digər çoxtərəfli platformalarla əlaqələr müzakirə edilib.