Oktyabrın 11-12-də NATO müdafiə nazirlərinin görüşü keçiriləcək
Oktyabrın 11-12-də alyansın Brüsseldəki mənzil-qərargahında NATO müdafiə nazirlərinin planlaşdırılan görüşü keçiriləcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Alyansın mətbuat xidmətinin məlumatında qeyd edilir.
"Müdafiə nazirlərinin görüşü oktyabrın 11-12-də NATO-nun Brüsseldəki mənzil-qərargahında keçiriləcək. İclasa NATO-nun baş katibi Yens Stoltenberq sədrlik edəcək. Müdafiə nazirlərinin görüşünün təfərrüatlı proqramı daha sonra açıqlanacaq", - qərargahdan bildirilib.
Qeyd edək ki, alyans ildə üç dəfə müdafiə nazirlərinin planlaşdırılmış iclaslarını keçirir: fevral-mart, iyun-iyul və oktyabr-noyabr aylarında.
Ukraynada münaqişə başlayandan bəri alyans bir neçə planlaşdırılmamış görüş keçirib, lakin NATO çərçivəsində nazirlərin müntəzəm görüşlərinin qrafiki dəyişməz qalıb.