Menyu

Prezident Ərdoğan: Türkiyə-Azərbaycan əlaqələri dünyada bənzəri olmayan müstəsna səviyyədədir

Nərmin Qocamanlı
Prezident Ərdoğan: Türkiyə-Azərbaycan əlaqələri dünyada bənzəri olmayan müstəsna səviyyədədir

Türkiyə-Azərbaycan əlaqələri dünyada bənzəri olmayan müstəsna səviyyədədir. “Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən mətbuata bəyanatında bildirib.

“İlham qardaşımla imzaladığımız Şuşa Bəyannaməsi əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən dönüş nöqtəsidir”, - deyən R.T.Ərdoğan vurğulayıb ki, Naxçıvan tarix boyu daşıdığı strateji əhəmiyyəti ilə Azərbaycanla əlaqələrdə xüsusi yerə sahibdir. “Naxçıvan bu gün iqtisadiyyat, nəqliyyat və enerji xətləri baxımından böyük potensiala sahibdir. Regional nəqliyyat xətlərinin yaradılması ilə birlikdə bu potensialı tam mənasında həyata keçirmək imkanına malik olacağıq”, - deyə o əlavə edib.

Teqlər:

"Prezident \u018frdo\u011fan: T\u00fcrkiy\u0259-Az\u0259rbaycan \u0259laq\u0259l\u0259ri d\u00fcnyada b\u0259nz\u0259ri olmayan m\u00fcst\u0259sna s\u0259viyy\u0259d\u0259dir"

Əlaqəli Xəbərlər