Menyu

Kreml: Qarabağda vasitəçilik qabiliyyəti olmayanların boş cəhdlərindən çəkinmək lazımdır

Nərmin Qocamanlı
Kreml: Qarabağda vasitəçilik qabiliyyəti olmayanların boş cəhdlərindən çəkinmək lazımdır

Kremlin sözçüsü Dmitri Peskov, Qarabağdakı hadisələrlə bağlı bəzi “üçüncü tərəf ölkələrin” vasitəçilik cəhdlərinə reaksiya verib.

"Operativ Media"nın xəbərinə görə, Peskov Qarabağdakı son hadisələrlə bağlı paytaxt Moskvada jurnalistlərə açıqlamalar verib.

O, qeyd edib ki, vasitəçilik qabiliyyəti olmayan üçüncü tərəflərin Qafqazda mövcudluğunu təmin etmək üçün nəticəsiz cəhdlərinin qarşısını almaq çox vacibdir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında Naxçıvanda keçirilən görüşü dəyərləndirən Peskov, “Biz həmişə ümid edirik ki, Azərbaycan prezidentinin, o cümlədən Türkiyə prezidentinin bütün görüşləri regionun təhlükəsizliyinə və həyatın normallaşmasına töhfə verəcək".

Peskov Türkiyə və Azərbaycanın yaxın münasibətləri olan iki suveren dövlət olduğunu bildirib və əlavə edib: “Rusiya həm də Ankara və Bakı ilə sıx əlaqələri olan ölkədir”. 

Bəzi "üçüncü tərəf ölkələrin" Qarabağla bağlı vasitəçilik cəhdlərini tənqid edən Peskov, "Əsas məsələ vəziyyəti həll etməkdir. Vasitəçilik qabiliyyəti olmayan üçüncü tərəflərin Qafqazda mövcudluğunu təmin etmək üçün onların nəticəsiz cəhdlərinin qarşısını almaq çox vacibdir".

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 5-də İspaniyanın Qranada şəhərində görüşəcəklər.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər