Menyu

Desantis: Ukraynanın NATO-ya üzvlüyü ABŞ-nin maraqlarına cavab vermir

Desantis: Ukraynanın NATO-ya üzvlüyü ABŞ-nin maraqlarına cavab vermir

"Ukraynanın NATO-ya daxil olması Birləşmiş Ştatların maraqlarına uyğun gəlməyəcək".

"Operativ Media" xəbər verir ki, bunu 2024-cü ildə keçiriləcək ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasından namizədliyini irəli sürmək istəyən Florida qubernatoru Ron Desantis deyib.

“Məncə, Ukraynanın NATO-ya üzvlüyü bizim maraqlarımıza uyğun deyil. Bu, bizim üçün daha çox öhdəlik demək olacaq və əgər daha çox öhdəlik varsa, onda bizə hansı faydadan söhbət gedir", - o qeyd edib. 

Desantis həmçinin əlavə edib ki, Vaşinqton Kiyev hakimiyyətinə sonsuz miqdarda vəsait verməməlidir: "Ukraynanın maliyyələşdirilməsi münaqişənin sona çatmasına səbəb olarsa, bu bizim dəstəyimizlə əsaslandırıla bilər".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər