Ceyhun Bayramov BMT Baş Assambleyasının sessiyasında çıxış edir
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxış edir.
"Operativ Media" xəbər verir ki, nazir sessiya çərçivəsində ikinci dəfə BMT kürsüsündən beynəlxalq ictimaiyyətə səslənir.
Bundan əvvəl C.Bayramov BMT Təhlükəsizlik Şurasının sentyabrın 21-də Qarabağla bağlı keçirilən iclasında danışıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün BMT Baş Assambleyasının (UNGA) 78-ci sessiyasında çıxış edəcək.
C.Bayramov BMT Təhlükəsizlik Şurasının sentyabrın 21-də Qarabağla bağlı keçirilən iclasında çıxış edib.
Qeyd edək ki, Azərbaycanın Xin başçısı ABŞ-ın Nyu-York şəhərində səfərdədir.
Xatırladaq ki, Baş Assambleya 1945-ci ildə yaradılıb və BMT-nin əsas məsləhətçi, siyasət və nümayəndəlik orqanıdır və hazırda BMT-yə üzv olan 193 ölkənin BMT baş Assambkeyasında da təmsil olunur. Assambleyanın əsas iclası hər ilin sentyabr ayların keçirilir.
Teqlər:
"Ceyhun Bayramov BMT Ba\u015f Assambleyas\u0131n\u0131n sessiyas\u0131nda \u00e7\u0131x\u0131\u015f edir"