Ərdoğan Netanyahu ilə qarşılıqlı səfərlər barədə razılığa gəldiyini bildirib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahu ilə qarşılıqlı səfərlər barədə razılığa gəldiyini bildirib.
"Operativ Media" xəbər verir ki, o, bu barədə Nyu-Yorkda Türkiyə mətbuatına müsahibəsində bildirib.
"Əvvəllər Netanyahu xəstəliyi səbəbindən Türkiyəyə gələ bilmirdi. Amma indi mən ona dedim ki, bu səfəri etməlidir, sonra mən və komandam İsrailə gedəcəyik. Razılığa gəldik. Ümid edirik ki, bu planlar baş tutacaq. Heç bir gecikmə olmadan enerji ehtiyatları sahəsində İsraillə qazma işlərinə başlayacağıq. Biz enerji ehtiyatlarının təkcə Türkiyəyə deyil, həm də Türkiyədən keçməklə Avropaya çatdırılması üçün marşrutlardan istifadə etməyə başlayacağıq”, - deyə Ərdoğan qeyd edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net