Ararat Mirzoyan və ABŞ dövlət katibi arasında görüş olub
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibi Antoni Blinkenlə Qarabağ ətrafındakı vəziyyəti və Cənubi Qafqazda sabitliyin pozulmasının qarşısının alınmasının vacibliyini müzakirə edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Mirzoyan "X"də paylaşım edib.
“ABŞ-nin dövlət katibi Antoni Blinkenlə söhbət etdik. O, Azərbaycanın Qarabağa qarşı genişmiqyaslı "təcavüzünün dayandırılması" və "zorakılığın qarşısının alınması" üçün təcili beynəlxalq müdaxilənin zəruriliyini vurğuladı”, - erməni diplomat yazıb.
"Cənubi Qafqazda sabitliyi pozmağa yönəlmiş bütün cəhdlərin qarşısı alınmalıdır", - Mirzoyan əlavə edib.
Teqlər:
"Ararat Mirzoyan v\u0259 AB\u015e d\u00f6vl\u0259t katibi aras\u0131nda g\u00f6r\u00fc\u015f olub"