Rusiyada "Su-34" qırıcısı qəzaya uğrayıb
Voronej vilayətində "Su-34" qırıcı təyyarəsi qəzaya uğrayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, yerli vaxtla saat 10:00 radələrində planlaşdırılmış təlim uçuşu zamanı Voronej vilayətində "Su-34" qırıcısı qəzaya uğrayıb. 2 nəfərlik heyət isə xəsarət almadan xilas olub.
İlkin təsbitlərə görə, sözügedən hadisə texniki səbəblərdən baş verib.
Gözəl Həşimova
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net