Kreml: "Putinlə Paşinyan arasında danışıq planlaşdırılır"
"Kreml Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqların vaxtı ilə bağlı razılığa gəlməyi gözləyir".
"Operativ Media" xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevlə təmaslar hələlik nəzərdə tutulmayıb:
“Ermənistan Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Bu, bir sıra müddəaları əhəmiyyətli dərəcədə dəyişdirdi. Xüsusilə Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması ilə bağlı belə bir qərardan sonra bizə qarşı bu cür qınaqları qəbul etmirik”.