Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan bildirib
Telefon danışığı zamanı tərəflər gərginliyin azaldılması üçün beynəlxalq mexanizmlərdən istifadənin zəruriliyini və güc tətbiqinin qəbuledilməzliyini vurğulayıblar.
Fransa prezidenti bildirib ki, yaranmış vəziyyətlə əlaqədar Paris BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edir.
Qeyd edək ki, Paşinyan bundan öncə ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb.
Teqlər:
"Pa\u015finyan v\u0259 Makron aras\u0131nda telefon dan\u0131\u015f\u0131\u011f\u0131 olub"