Menyu

4 ölkə Şərqi Aralıq dənizində hərbi təlim keçirir

4 ölkə Şərqi Aralıq dənizində hərbi təlim keçirir

Cənubi Kipr Rum Administrasiyası Şərqi Aralıq dənizində üç ölkə ilə birgə hərbi təlim təşkil edib. Sentyabrın 11-də başlayan təlim 4 gün davam edəcək. 

"Operativ Media" xəbər verir ki, təlimə Fransa, İtaliya və Yunanıstan qatılacaq.

Cənubi Kipr Rum Administrasiyasının Müdafiə Nazirliyindən verilən açıqlamada təlimə dəniz və hava qüvvələrinin də daxil olduğu bildirilib.

Bəyanatda qeyd olunub ki, təlimin məqsədi dəniz və beynəlxalq hüquqları qorumaq üçün dörd ölkənin kollektiv niyyətini və öhdəliyini nümayiş etdirməkdir.

Təlimdə Fransaya məxsus “Rafale” döyüş təyyarələri və “Airbus A400M Atlas” nəqliyyat təyyarələri də daxil olmaqla çoxlu sayda hərbi texnika və şəxsi heyət iştirak edir.

Kipr Rum Administrasiyasının lideri Nikos Hristodulidis verdiyi açıqlamada sözügedən təlimin “güc nümayişi” olmadığını və heç bir ölkəyə qarşı yönəlmədiyini iddia edib.

Teqlər:

"4 \u00f6lk\u0259 \u015e\u0259rqi Aral\u0131q d\u0259nizind\u0259 h\u0259rbi t\u0259lim ke\u00e7irir"

Əlaqəli Xəbərlər