Kolumbiyanın qərbində 5,1 bal gücündə zəlzələ baş verib.
"Operativ Media" xəbər verir ki, bu barədə Kolumbiya Geoloji Xidməti (SGC) məlumat yayıb.
Məlumata görə, 5,1 bal gücündə, episentri ölkənin Çoko inzibati bölgəsindəki El Kanton del San Pablo olan zəlzələ yerli vaxtla saat 09:25-də yerin 30 kilometr dərinliyində baş verib.
Zəlzələ Medellin, Manizales və Çokonun paytaxtı Kibdo şəhərlərində də hiss olunub.
Zəlzələdən sonra can və mal itkisi ilə bağlı açıqlama verilməyib.
Teqlər:
"Kolumbiyada 5 1 bal g\u00fcc\u00fcnd\u0259 z\u0259lz\u0259l\u0259 ba\u015f verib"