Menyu

Slovakiya Rusiya səfirliyinin əməkdaşını ölkədən çıxarır

Slovakiya Rusiya səfirliyinin əməkdaşını ölkədən çıxarır

Slovakiya Rusiyanın Bratislavadakı səfirliyinin bir əməkdaşını ölkədən çıxarır. 

"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Slovakiya Respublikası 14 sentyabr 2023-cü il cümə axşamı günü Rusiya Federasiyasının Slovakiya Respublikasındakı səfirliyinin əməkdaşını ölkədən çıxarmaq qərarına gəlib", - məlumatda deyilir.

Qeyd edilib ki, Rusiyanın Slovakiyadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Ona diplomatik nümayəndəliyin öz fəaliyyətini Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq həyata keçirməsinin zəruriliyi bildirilib.

Slovakiya Xarici İşlər Nazirliyi əlavə edib ki, səfirliyin əməkdaşı 48 saat ərzində ölkəni tərk etməlidir. 

Teqlər:

"Slovakiya Rusiya s\u0259firliyinin \u0259m\u0259kda\u015f\u0131n\u0131 \u00f6lk\u0259d\u0259n \u00e7\u0131xar\u0131r"

Əlaqəli Xəbərlər