Menyu

KİV: Zelenski BMT Təhlükəsizlik Şurasında iştirak edə bilər

KİV: Zelenski BMT Təhlükəsizlik Şurasında iştirak edə bilər

"Ukrayna prezidenti Volodimir Zelenski gələn həftə BMT Təhlükəsizlik Şurasının iclasına dəvət olunarsa, Rusiya nümayəndələri ilə eyni masa arxasında otura bilər". 

"Operativ Media" xəbər verir ki, bu barədə “Politico” qəzeti Qərb diplomatiyasından olan mənbəsinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, BMT-nin mənzil-qərargahında Zelenskinin iştirak edə biləcəyi Təhlükəsizlik Şurasının Ukrayna mövzusunda iclası keçirilə bilər. Məlumata görə, iclasda Rusiyadan Baş Assambleyanın növbəti sessiyasında Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək şəxs, yəni xarici işlər naziri Sergey Lavrov iştirak edə bilər.

Daha əvvəl bildirilmişdi ki, Zelenskinin Baş Assambleyada çıxışı sentyabrın 19-da günün birinci yarısına planlaşdırılıb. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər