Mərakeşdə baş verən zəlzələdə ölənlərin sayı 2 min 946-ya yüksəlib
Nərmin Qocamanlı
Mərakeşdə baş verən 7 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 2 min 946 nəfərə yüksəlib.
"Operativ Media" xəbər verir ki, bu barədə, ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən açıqlamaya görə, yaralıların sayı isə 5 min 674-ə yüksəlib.
Zəlzələdə həyatını itirənlərdən 2944-ü dəfn edilib.
Qeyd edək ki, sentyabrın 8-nə keçən gecə yerli vaxtla saat 23:10-da Mərakeşdə 7 bal gücündə zəlzələ baş verib, episentri Mərakeşin Əl-Huz bölgəsində olub.
Zəlzələ Mərakeşlə yanaşı, paytaxt Rabat və Kasablanka, Meknes, Aqadir və Fes şəhərlərində də hiss olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net