Ərdoğanla Bayden F-16 qırıcıları ilə bağlı danışıb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü G-20 liderlər sammiti çərçivəsində amerikalı həmkarı Co Baydenlə qısa söhbət edib. Söhbət zamanı F-16 qırıcıları haqqında fikir mübadiləsi aparılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Ərdoğan sammitdən sonra keçirilən mətbuat konfransında deyib.
“Təəssüf ki, F-16 məsələsinə gəldikdə İsveçi xatırlamağa davam edirlər. Bu yanaşma bizi ciddi şəkildə kədərləndirir”, - deyə Ərdoğan bildirib.
Türkiyə prezidenti təkrar edib ki, İsveçin NATO-ya daxil olması Türkiyə parlamentinin ixtiyarındadır.
“Hələ elə mərhələdə deyiləm ki, təkbaşına qərar verə bilərəm. İsveçin NATO-ya qəbulu Parlament tərəfindən təsdiq edilməlidir. İsveç öz öhdəliklərini yerinə yetirməlidir”, - deyə o bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net