Menyu

İzmirdə meşəlik ərazidə yanğın baş verib

İzmirdə meşəlik ərazidə yanğın baş verib

Türkiyənin İzmir şəhərinin Qaziemir rayonunda meşəlik ərazidə yanğın çıxıb.

"Operativ Media" xəbər verir ki, hadisə rayonun Sarnıç gölməçəsi yaxınlığında baş verib.

Bildirilib ki, bölgənin meşəçilik administrasiyasına aid 5 təyyarə, 8 helikopter, 21 su tankeri, 8 su təchizat vasitəsi və 6 buldozer əraziyə cəlb edilib.

Yanğına müdaxilə müddətində bölgəyə yaxın olan Adnan Menderes Hava Limanında hava nəqliyyatının uçuş-enişində ləngimələr olub. Tüstü azaldıqdan sonra hava nəqliyyatı axını normal vəziyyətə düşüb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər