ABŞ Slovakiyanın qorunması üçün 3,6 milyon dollar ayıracaq
"ABŞ Slovakiyanın şərq sərhədinin qorunması layihəsinə 3,6 milyon dollar ayıracaq".
"Operativ Media" xəbər verir ki, bu barədə Slovakiyanın "dennikn.sk" saytı məlumat yayıb.
Nəşrin yazdığına görə, bu vəsait şərq sərhədinin müdafiəsi məqsədilə təlimlər və texnikanın tədarükü üçün istifadə olunacaq.
"Layihənin məqsədi sərhədi silahlıların, narkotiklərin və insanların qeyri-qanuni hərəkətlərindən qorumaq, həmçinin sərhədi qanuni şəkildə keçməyi asanlaşdırmaqdır", - bəyanatda deyilir.
Layihənin yaxın iki il ərzində həyata keçirilməsi planlaşdırılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net