Gürcüstanda torpaq sürüşməsi olub, 2 nəfər ölüb
Gürcüstanda dünəndən bəri davam edən leysan yağışları nəticəsində baş verən torpaq sürüşməsi nəticəsində 2 nəfərin öldüyü açıqlanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, ölkənin Acarıstan və Quriya bölgələrində yağan leysan yağışları nəticəsində bəzi yerlərdə torpaq sürüşmələri baş verib, Quriya bölgəsinin bir neçə kəndinə nəqliyyat kəsilib. Bölgəyə axtarış-xilasetmə qrupları göndərilib.
Açıqlamada, axtarış-xilasetmə işləri zamanı 2 nəfərin cəsədinin tapıldığı, itkin düşən 2 nəfəri tapmaq üçün işlərin davam etdiyi bildirilib.
İndiyədək 11 nəfərin xilas edilərək təhlükəsiz yerlərə köçürüldüyü vurğulanıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net