Menyu

Fransa XİN nigerli qiyamçıların tələbini rədd edib

Fransa XİN nigerli qiyamçıların tələbini rədd edib

Fransa nigerli qiyamçıların səfirini geri çağırmaq tələbini qeyri-qanuni hesab edərək rədd edib.

"Operativ Media" xəbər verir ki, bu barədə BFMTV telekanalı Fransa Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb. 

“Üsyançıların bu cür tələblər göndərmək səlahiyyəti yoxdur, belə ki, aqreman (səfiri qəbul etməyə razılıq – red.) yalnız Nigerin qanuni yolla seçilmiş orqanları tərəfindən verilir”, - XİN-dəki mənbə deyib. 

Qeyd edək ki, buna qədər Fransa səfiri diplomatik toxunulmazlıqdan məhrum edilmişdi və qovulmaq təhlükəsi ilə üzləşmişdi.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər