Çin XİN: 3-cü "Bir kəmər, bir yol" sammiti keçiriləcək
Çində oktyabr ayında “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində beynəlxalq əməkdaşlığa dair 3-cü sammit keçiriləcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin brifinqdə bildirib.
"Çin bu ilin oktyabr ayında Pekində 3-cü "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Sammitinə ev sahibliyi edəcək və bu, təşəbbüs çərçivəsində əməkdaşlığın inkişafı üçün mühüm platforma olacaq", - rəsmi bildirib.
Qeyd edək ki, 2017-ci ilin may ayında Pekində Avrasiya, Afrika və Latın Amerikasının 30 ölkəsinin yüksək səviyyəli rəsmilərinin iştirakı ilə 1-ci "Bir kəmər, bir yol" Forumu keçirilib. 2-ci forum 2019-cu ilin aprelində baş tutub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net