Menyu

Lavrov Fidana Ərdoğanla Putinin müzakirə edəcəyi məsələlərin müzakirəsini təklif edib

Lavrov Fidana Ərdoğanla Putinin müzakirə edəcəyi məsələlərin müzakirəsini təklif edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidana Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutacaq görüşdə nəzərdən keçiriləcək məsələləri müzakirə etməyi təklif edib.

"Operativ Media" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Prezidentlər Putin və Ərdoğanın növbəti görüşə hazırlaşdıqlarını nəzərə alaraq, mən onların müzakirəsinə çıxarılacaq məsələləri nəzərdən keçirə biləcəyimizə inanıram”, - Rusiya XİN rəhbəri bildirib.

"Əlbəttə ki, ikitərəfli gündəliyə əlavə olaraq, bizim regional və beynəlxalq məsələlər üzrə çox zəngin dialoqumuz və praktiki əməkdaşlığımız var. Əminəm ki, görüş çox faydalı olacaq”, - Lavrov yekunlaşdırıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər