Menyu

BMT Qabonda dövlət çevrilişi cəhdini pisləyib

BMT Qabonda dövlət çevrilişi cəhdini pisləyib

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin Qabondakı hadisələri yaxından izlədiyi və ciddi pozuntulara baxmayaraq seçki nəticələrinin açıqlanmasından narahat olduğu bildirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə BMT-dən açıqlama verilib. 

Quterreşin hərbi çevrilişlərə qəti şəkildə qarşı çıxdığı vurğulıb: "Baş katib Qabonda seçki sonrası böhranın həlli üçün başlanan çevriliş cəhdini şiddətlə qınayır".

Bəyanatda Antonio Quterreşin bütün tərəfləri əhatəli və mənalı dialoq aparmağa çağırdığı, qanunun aliliyinə və insan haqlarına hörmət edilməsinin vacibliyini vurğuladığı bildirilib.

"BMT Qabon xalqının yanındadır", - bəyanatda qeyd edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər