Menyu

Moldova MDB-nin dövlətlərarası sirlərinin saxlanmasına dair sazişi ləğv edib

Moldova MDB-nin dövlətlərarası sirlərinin saxlanmasına dair sazişi ləğv edib

Moldova 1993-cü ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlətlərarası sirləri qarşılıqlı surətdə saxlamaq üçün imzaladığı sazişdən imtina edib.

"Operativ Media" xəbər verir ki, bu barədə hökumətdən bildirilib.

Məlumata görə, müvafiq qərar rəsmi dərc edildikdən sonra qüvvəyə minəcək.

Moldovanın Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin direktoru Aleksandru Musteata Kişinyovun qərarını şərh edib: "Müqavilədən çıxmaq Moldova Respublikasına təsir etməyəcək, çünki o, ikitərəfli razılaşmalar əsasında digər ölkələrlə məlumat mübadiləsi aparır".

Qeyd edək ki, bu il Moldova MDB məkanında imzalanmış 10-dan çox sazişdən çıxıb. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər