Afrika İttifaqı Qabondakı çevrilişi pisləyib
Afrika Birliyi Qabondakı hərbi çevrilişi "qətiyyətlə pislədiyini" bəyan edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Afrika Birliyi (AfB) Komissiyasının sədri Musa Faki Məhəmməd açıqlama verib.
Açıqlamada Qabondakı hərbi çevrilişin pisləndiyi və bu addımın AfB-nin prinsiplərinə zidd olduğu vurğulanıb.
Hərbi çevrilişin AFB-nin hüquqi və siyasi prinsiplərinin açıq-aşkar pozulması olduğunu bildirən Məhəmməd Qabon ordusu və təhlükəsizlik qüvvələrini vəzifələrinə sadiq qalmağa, prezidenti, ailəsini və hökumət üzvlərini azad etməyə çağırıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net